Bu gün daha iki cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır 

Bu gün daha iki cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır 

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir. 
Olimpnews.az xəbər verir ki, yarışların ikinci günündə daha iki cüdoçumuz tatami üzərinə çıxacaq. Komandamızın heyətində kişilər arasında mübarizə aparan Ruslan Paşayev (-66 kq) ilk görüşünə 1/32 final mərhələsindən başlayacaq. Cüdoçumuzun rəqibi braziliyalı Ronald Lima olacaq. 
Qadınların yarışında isə Gültac Məmmədəliyeva -52 kq çəki dərəcəsində tatami üzərinə çıxacaq. 1/32 finaldan mübarizəyə başlayacaq idmançımızın ilk rəqibi kiprli Sofiya Asvesta olacaq. 
Qeyd edək ki, dünya çempionatının fərdi yarışlarına iyunun 19-da yekun vurulacaq. Azərbaycan komandası mundialda 10 çəki dərəcəsində 13 (9 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunur.