Leverkuzen "Bayer" hücumameyilli yarımmüdafiəçi Florian Virtzin yerinə futbolçu axtarır. Olimpnews.az "TalkSPORT"un məlumatına görə, “əczaçılar” “Bornmut”un 26 yaşlı üzvü Castin Kluiverti bu mövqeyə layiq bilir.
Qeyd edək ki, niderlandlı futbolçu "albalılar”ın heyətində bütün turnirlərdə 39 oyun keçirib, 13 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub.