Kroos məzun gününün qonağı kimi iştirak edib

Kroos məzun gününün qonağı kimi iştirak edib

Böyük Dəbilqə yarışlarının 22 qat çempionu Rafael Nadala məxsus Akademiyanın buraxılış mərasimi keçirilib.

Olimpnews.az xəbər verir ki, 52 tələbənin məzun günündə Madrid “Real”ının sabiq futbolçusu Toni Kroos tədbirin fəxri qonağı olub.

Qeyd edək ki, əvvəlki illərin analoji tədbirlərində basketbolçular Pau Qasol və Riki Rubio, tennisçilər David Ferrer, İqa Sviatek və Karlos Moya, Roje Federer və Mariya Şarapova iştirak ediblər.