Daha iki cüdoçumuz dünya çempionatında mübarizəni medalsız başa vurdu 

Daha iki cüdoçumuz dünya çempionatında mübarizəni medalsız başa vurdu 

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatının ikinci yarış günü Azərbaycan idmançıları üçün başa çatıb. 
Olimpnews.az xəbər verir ki, bu gün mübarizəyə başlayan hər iki idmançımız - Ruslan Paşayev (-66 kq) və Gültac Məmmədəliyeva (-52 kq) çıxışını medalsız yekunlaşdırıb. Mübarizəyə 1/32 finaldan başlayan Ruslan braziliyalı Ronald Limanı, ardınca isə italiyalı Matteo Pirasaya qalib gəlib. Lakin idmançımız 1/8 finalda yaponiyalı Takeşi Takeokaya məğlub olaraq mübarizəni dayandırıb. 
Qadın cüdoçumuz Gültac Məmmədəliyeva (-52 kq) isə 1/32 finalda kiprli Sofiya Asvesta uduzub. 
Dünya çempionatının fərdi yarışlarına iyunun 19-da yekun vurulacaq. Növbəti günlərdə komandamızın daha 8 (7 kişi, 1 qadın) cüdoçusu qüvvəsini sınayacaq.