İtaliyalı mütəxəssis Stefano Pioli "Əl-Nəsr" klubundan ayrılıb.
Olimpnews.az xəbər verir ki, buna səbəb 59 yaşlı mütəxəssisin İtaliyanın "Fiorentina" klubunun sükanı arxasına keçməsidir.
Qeyd edək ki, Pioli 2024-cü ildən Səudiyyə Ərəbistanı təmsilçisinin baş məşqçisi kimi çalışırdı.
O, 1989-1995-ci illərdə "Fiorentina" klubunun heyətində futbolçu kimi forma geyinib.
Pioli "Əl-Nəsr"dən ayrılıb "Fiorentina"ya gəlir
