15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş Günüdür

15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş Günüdür

Xalqımızın ümummilli lideri, Azərbaycan dövlətinin yaradıcısı və qurucusu, dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri, Azərbaycan Respublikasına uzun illər rəhbərlik etmiş xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi idmançıların da qəlbində həmişə yaşayacaqdır. Təkcə ona görə yox ki, liderimiz Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğunun memari idi, həm də ona görə ki, Azərbaycan xalqının hər bir nümayyəndəsi bu böyük insanı ölkənin milli təhlükəsizliyinin və sosial-iqtisadi rifahının təminatçısı kimi qəbul edirdi. Bu dahi şəxsiyyət Azərbaycanı inkişaf yoluna gətirib çıxarmışdı. Axı bu gün xalqımızın orta və gənc nəsillərinin inkişafı, cəmiyyətdə formalaşması məhz bu böyük şəxsiyyətin dövlətimizin sükanı arxasına keçdiyi illərə təsadüf edir.
XXI əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcə bacarıqlı dövlət başçıları bəxş edib. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. Çünki, tarixdə onun Heydər Əliyev kimi dühası, müdrik rəhbəri var idi. Heydər Əliyev XXI əsrin görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada yaxşı tanınan və tarixə daxil olmuş bir şəxsiyyət idi. Heydər Əliyevin respublikaya rəhbərliyi həqiqətən onun çox zəngin fenomen olduğunu təsdiq edirdi. Onun möhkəm inamı, hər şeyə nüfuzetmə qabiliyyəti, qibtə doğuracaq hafizəsi hamını heyran edirdi. Xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sahəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq, təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada tanınmağa başladı. Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımıza, Azərbaycana müstəsna uğurlar gətirib.
Azərbaycan tarixində fərəhli, şərəfli günlər çoxdur. Ancaq bunların içərisində müstəqillik bayramı xüsusi yer tutur. Biz birinci dəfə deyil ki, müstəqil dövlət yaradırıq. XX əsrdə üç dəfə dövlət yarada bilmişik:
1918-20-ci illərdə Azərbaycan xalq Cümhuriyyəti, 1920-21-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikası və nəhayət, 1988-ci ildə baş verən hadisələrin davamı olaraq 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa edə bildik. Ancaq 1918-20-ci illərdəki müstəqilliyi qoruyub saxlaya bilmədik. Bu hadisələrin nəticəsi hamımıza tarixən yaxşı məlumdur. Ondan sonrakı sovet dövründəki müstəqillik itirildiyi şaraitdə yaşadığıimız illər də tarixdən bizə yaxşı məlumdur. Çox da uzaq olmayan tariximiz 1988-1990-cı illər də yaxşı yadımızdadır. Belə ki, ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırmaq tələbləri, bunun ardınca məlum Sumqayıt hadisələri, hegomonluğunu itirmək istəməyən imperiyanın Bakıda törətdiyi Qanlı Yanvar hadisələri, bunların ardınca isə Azərbaycanın o zamankı fərasətsiz rəhbərlərinin yeritdikləri siyasət ucbatından torpaqlarımızın bir qisminin itirilməsi baş verdi. Müstəqillik zərurəti bax belə bir şəraitdə yarandı. Məlum olduğu kimi müstəqillik asanlıqla qazanılmamışdır. O, Azərbaycanın mərd oğul və qızlarının qanı bahasına əldə edilmişdir. Nəhayət, 1991-ci ilin oktyabrında Azərbaycan özünün itirilmiş müstəqilliyini yenidən bərpa etdi. Bu, çox böyük bir tarixi hadisə, xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi. Biz yenidən bir çox xalqlar kimi azad və müstəqillik şəraitində yaşayaraq demokratiya yolu ilə irəliləyib, öz müstəqil dövlətimizi yaratmaq imkanı əldə etdik. Dünya dövlətldəri sırasına çıxmaq, Azərbaycan adını, Azərbaycan dövlətini dünyaya tanıtmaq imkanı əldə etdik. Lakin təəssüflər olsun ki, bu sevincimiz içərisində çox acılı, məşəqqətli günlərlə rastlaşdıq. 1991-1993-cü illərdə müstəqillik yollarında çox böyük çətinliklər, bəlalarla üz-üzə dayandıq. Qarşıqlıq, anarxiya xaos, böyük qorxu, nigarançılıq, müsibətlər şəraitində yaşamalı olduq. Nəhayət, 1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi ilə üz-üzə dayandı. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın özünün itirilməsi təhlükəsi yarandı. Belə bir şəraitdə ölkənin güclü bir liderə ehtiyacı yarandı. Ümidin itirən xalq qaranlıqlar içərisində yol axtara-axtara hara, hansı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Xalq başa düşdü və yəqin etdi ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Heydər Əliyevin yenidən böyük siyasətə qayıtması Azərbaycanı bir dövlət kimi qayıtmaq, xalqımızı kölə vəziyyətdə olan daxili və xarici qüvvələrini təşvişə salmışdı. Onlar hər vasitə ilə ona qarşı çıxırdılar. Xalq isə aydın başa düşürdü ki, Heydər Əliyevə qarşı aparılan bədnam kampaniya əslində antiazərbaycan siyasətin tərkib hissəsidir.
Azərbaycanı real parçalanma və məhv olma təhlükəsindən xilas edə biləcək yeganə bir şəxsiyyət Heydər Əliyev idi. Elə buna görə də Heydər Əliyev xalqın yekdil və qəti iradəsi ilə, demokratik və qanuni yolla yenidən ölkə rəhbərliyinə qayıtdı. Təsadüfi deyil ki, tale özü Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir vəzifəni məhz Heydər Əliyevin qadir əllərinə tapşırdı. İnamla demək lazımdır ki, yalnız 1993-cü ilin yayında (iyun ayının 9-da) xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra illərlə davam edən siyasi hakimiyyət böhranı, anarxiya və özbaşınalığa son qoyuldu. Azərbaycanda yeni tarixi mərhələ - dövlət müsəqilliyinin möhkəmləndirilməsi, real quruculuğu başlandı. 
Ömrünü xalqına həsr etmiş, Azərbaycançılıq ideologiyasını formalaşdırmış Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət - Heydər Əliyev tarixin ən böyük vətənpərvəridir. Onun vətən sevgisi hər kəsə nümunədir. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” – bu sözlər ulu öndərimizə məxsusdur. Bəli, biz də fəxr edirik ki, azərbaycanlı olan hər kəs, bu vətənin hər bir övladı, Azərbaycanımızın gələcəyi üçün əlindən gələni etdilər. Ən önəmlisi 30 ilə yaxın bir zaman ərzində düşmən əlində qalan torpaqlarımız şəhidlərimizin qanı bahasına işğaldan azad olundu.
30 ilə yaxındır ki, düşmən ayaqları altında inildəyən Vətən torpağı bizim hər birimizi haraya çağırırdı… Ataların, babaların məzarları mənfur erməni cəlladlarının təhqirinə məruz qalmışdı. Onların ruhu bizi köməyə səsləyirdi. Müqəddəsdən-müqəddəs olan Vətən təhlükədə  idi.  Artıq ölüm və ya olum vaxtı çatmışdı. Əsirlikdə minbir əzab-əziyyətlərə, məhrumiyyətlərə düçar olan həmvətənlərimiz ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevdən imdad gözləyirdi. Çoxdan gözlədiyimiz bu günlər artıq gəlib çatmışdı. Hər bir zəfər sevinci böyük coşqu ilə qeyd olundu. Ölkəmizdə yaşayan bütün millətlərin, dini konfessiyaların nümayəndələri birlik nümayiş etdirdilər. Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. Bu bizim böyük sərvətimiz, dəyərimizdir. “Mən bunu dəfələrlə demişəm. Ermənistan bu xoşbəxtlikdən məhrumdur” söyləyən cənab İlham Əliyev bidirdi ki, çünki monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır:  “Amma bizim üstünlüyümüz  bax bundadır, çoxmillətli, çoxkonfessiyalı Azərbaycan bu müharibədə də özünü göstərdi, bütün xalqların nümayəndələri  birlik göstərdilər, qəhrəmanlıq göstərdilər. Bir daha demək  istəyirəm ki, bu müharibə bir çox məsələlərə bir daha aydınlıq gətirmişdir”. 
Ruhun şad olsun, ulu öndər, Qarabağ bizimdir! “Mən bu gün, eyni  zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında  baş əydim. Ürəyimdə dedim , xoşbəxt adamam ki,  ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün. Gözün aydın olsun  Azərbaycan! Gözünüz aydın olsun dünya  azərbaycanlıları!” söyləyən Prezident İlham Əliyev atasına yayiq olduğunu Qarabağ Azərbaycandır! sözləri ilə doğrultdu.

 

15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş Günüdür 15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş Günüdür 15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş Günüdür