Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Olimpnews.az xəbər verir ki, yarışların dördüncü günündə cüdoçumuz Zelim Tçkayev (-81 kq) tatami üzərinə çıxıb. Təmsilçimiz çıxışını bürünc medalla başa vuraraq Budapeştdə komandamızın medal hesabını açıb. Üçüncü yer uğrunda qarşılaşmada Birləşmiş Ərəb Əmirliklərindən olan Nuqzari Tatalaşviliyə qalib gələn Zelim fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, dünya çempionatının fərdi yarışlarına iyunun 19-da yekun vurulacaq. Növbəti gün isə cüdoçular qarışıq komanda yarışlarında güclərini sınayacaqlar.