Qrizman dörd övlad atası oldu 

Qrizman dörd övlad atası oldu 

Madrid "Atletiko"sunun hücumçusu Antuan Qrizmanın həyat yoldaşı Erika Şoperena ilə evliliyindən dördüncü övladı dünyaya gəlib. 

Olimpnews.az xəbər verir ki, iyunun 15-də doğulan qız uşağını Şai adlandırıblar. Maraqlıdır ki, Şay onların ailəsində aprelin 8-də doğulmayan ilk uşaqdır. Buna qədər ailədə Mia (2016), Amaro (2019) və Alba (2021) eyni tarixdə doğulublar. Klublararası dünya çempionatında iştirak edən Qrizman sosial şəbəkədə övladı barədə paylaşım edib. 

Qrizman dörd övlad atası oldu