BOK prezidenti Roma Papası ilə görüşüb

BOK prezidenti Roma Papası ilə görüşüb

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax yeni Roma Papası XIV Leo ilə görüşüb.

Olimpnews.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, həftə sonu Roma və Vatikana səfəri zamanı Bax şəxsən yeni Roma Papası ilə görüşüb. BOK prezidenti və Papa Olimpiya dəyərlərinin həmrəylik və sülhün vacibliyi barədə müzakirə aparıblar.