FİFA klublararası Dünya çempionatının təşkilatçıları efirdə tam tribunalar illüziyası yaratmaq üçün bəzi tamaşaçıları televiziyada göstəriləcək oturacaqlara köçürməyə başlayıb. Olimpnews.az Daily Mail-a istinadən xəbər verir ki, bilet almış bəzi azarkeşlər mövqelərinin dəyişdirilməsi ilə bağlı bildirişlər alıblar.
Qeyd olunur ki, heç kim daha aşağı qiymətə olan oturacaqlara köçürülməyəcək. Təşkilat bu təcrübəni “televiziya yayımı üçün standart prosedur” adlandırıb.