“Sabah”ın Avropa Liqasındakı potensial rəqiblərinin adına aydınlıq gəldi

“Sabah”ın Avropa Liqasındakı potensial rəqiblərinin adına aydınlıq gəldi

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Olimpnews.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə Azərbaycan kubokunun sahibi “Sabah”ın da potensial rəqibləri müəyyənləşib. Paytaxt təmsilçisi birinci təsnifat mərhələsini adlayacağı təqdirdə, növbəti raundda AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Komandalar arasında ilk matç iyulun 24-də evdə, cavab oyunu ayın 21-də səfərdə olacaq.
Qeyd edək ki, “Sabah” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın “Sele” klubu ilə qarşılaşacaq. Komanda ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə bir həftə sonra səfərdə keçirəcək.