Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışlarının II turuna yekun vurulub.
Olimpnews.az xəbər verir ki, iki gün davam edən yarışda 92 klub və idman cəmiyyətindən olan 466 idmançı (383 oğlan, 83 qız) iştirak edib. Turnirdə ümumilikdə 18 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. Qaliblər diplom və medallarla təltif olunublar. Cari ildə U-14 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.
Cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının II turu başa çatdı
