Azərbaycan Güləş Federasiyası (AGF) Beynəlxalq Güləş Federasiyasının (FİLA) üzvü kimi həm təşkilat çərçivəsində, həm də ayrılıqda üzv ölkələrin federasiyaları ilə yüksək səviyyədə ikitərəfli əməkdaşlıq edir. Bir neçə gün əvvəl İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş beynəlxalq turnir zamanı Türkiyədə güləş idman növünün daha da populyarlaşmasında, türk güləşinin inkişafında və iki federasiya arasında əməkdaşlıqda yüksək xidmətlərinə görə Türkiyə Güləş Federasiyasının prezidenti ikiqat Olimpiya çempionu Hamza Yerlikaya AGF tərəfindən xüsusi plaketlə təltif olunub. Plaketi AGF-nin birinci vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevin adından federasiyanın baş katibi Əjdər Cəfərov təqdim edib.