Beynəlxalq Cüdo Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

Beynəlxalq Cüdo Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında fərdi mübarizələrin son günündə bayraq təslimetmə mərasimi baş tutub. Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı təntənəli surətdə 2026-cı ildə dünya çempionatına ev sahibliyi edəcək Azərbaycana təqdim olunub.

Bayrağı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli qəbul edib. Mərasimə Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot, Beynəlxalq Cüdo Federasiyasının baş katibi Liza Allan və digər rəsmilər qatılıblar.

Cüdo üzrə dünya çempionatı Bakıda gələn il 9–16 iyul tarixlərində keçiriləcək. Fərdi yarışlar 9–15 iyulda, qarışıq komanda yarışı isə 16 iyulda təşkil olunacaq. Bakı bu mötəbər turnirə ikinci dəfə ev sahibliyi edəcək. Paytaxtımızda ilk dəfə cüdo üzrə dünya çempionatı 2018-ci ildə baş tutmuşdu.

Beynəlxalq Cüdo Federasiyasının bayrağı Azərbaycana təqdim olunub Beynəlxalq Cüdo Federasiyasının bayrağı Azərbaycana təqdim olunub Beynəlxalq Cüdo Federasiyasının bayrağı Azərbaycana təqdim olunub Beynəlxalq Cüdo Federasiyasının bayrağı Azərbaycana təqdim olunub Beynəlxalq Cüdo Federasiyasının bayrağı Azərbaycana təqdim olunub