Usangi Kokauri dünya çempionatını beşinci pillədə başa vurdu 

Usangi Kokauri dünya çempionatını beşinci pillədə başa vurdu 

Cüdo üzrə milli komandamızın üzvü Uşangi Kokauri dünya çempionatını beşinci pillədə başa vurub. 
Olimpnews.az xəbər verir ki, +100 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz bürünc medal uğrunda həlledici qarşılaşmada tacikistanlı Temur Raximova məğlub olub. 
Beləliklə, dünya çempionatının fərdi yarışlarında 13 (9 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunan komandamız mundialı üç bürünc medalla başa vurub. Yığmamızın aktivinə medalları Zelim Tçkayev (-81 kq), Elcan Hacıyev (-90 kq) və Zelim Kotsoyev (-100 kq) qazandırıb. 
Millimiz bu nəticə ilə ümumi komanda hesabında 14-cü yeri tutub. 
Qeyd edək ki, dünya çempionatına  sabah qarışıq komanda yarışları ilə yekun vurulacaq.