Klublararası dünya çempionatı: "Bayern Münhen" növbəti mərhələyə vəsiqəni təmin etdi 

Klublararası dünya çempionatı: "Bayern Münhen" növbəti mərhələyə vəsiqəni təmin etdi 

Almaniyanın "Bayern Münhen" klubu ABŞ-da keçirilən Klublararası dünya çempionatında növbəti qələbəsini qazanıb.  
Olimpnews.az xəbər verir ki, Bundestim təmsilçisi C qrupunun ikinci turu çərçivəsində keçirilən oyunda Argentinanın “Boka Xuniors” klubuna 2:1 hesabı ilə qalib gəlib. 
Almaniya təmsilçisinin qollarını Harri Keyn (18) və Mixael Olişe (84) vurub. "Boka Xuniors"un heyətində isə 66-cı dəqiqədə Migel Merentiel fərqlənib. 
Ardıcıl ikinci oyunda da qələbə qazanan "Bayern Münhen" klubu aktivindəki xalların sayını 6-ya çatdıraraq, sonuncu turun nəticəsindən asılı olmayaraq növbəti mərhələyə vəsiqə əldə edib. İki turdan sonra aktivində 4 xalı olan "Benfika" ikinci pillədə qərarlaşıb. "Boka Xuniors" bir xalla üçüncü, keçirdiyi hər iki oyunda böyük hesabla məğlub olan "Oklənd Siti" isə sonuncudur.