İdman rəqqasları “ABU Arena”da

İdman rəqqasları “ABU Arena”da

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "ABU Arena” salonunda idman rəqsləri üzrə Bakı şəhər birinciliyi keçirilib. Yarışda "Azəri inciləri”, "Çinar”, "İmpuls”, "Olimp”, "Odlar Yurdu”, "Rovesnik”, "Sirdaş”, "Şane” və digər idman rəqs təşkilatlarının 42 idmançısı rəqs edib. Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.