İyunun 21-də Almaniyanın paytaxtı Berlində gənc cüdoçular arasında Avropa Kubokuna start verilib.
Olimpnews.az xəbər verir ki, 34 ölkədən 544 (333 oğlan, 211 qız) cüdoçunun iştirak edəcəyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayırlar. Komandamız turnirdə 7 çəki dərəcəsində 17 cüdoçu ilə təmsil olunur. Millimiz ilk yarış gününü 3 gümüş və 2 bürünc medalla başa vurub. Komandamıza gümüş medalları Nihad Məmişov (-60 kq), Məhəmməd Musayev (-66 kq) və Əbil Yusubov (-73 kq) qazandırıb.
Nizami İmranov (-66 kq) və Mehdi Cəfərov (-73 kq) isə bürünc medallara sahib çıxıb.
Turnirə bu gün yekun vurulacaq.
Cüdoçularımızdan Avropa Kubokuna uğurlu start






