Cüdoçularımız Berlin sınağını 9 medalla başa vurdular 

Cüdoçularımız Berlin sınağını 9 medalla başa vurdular 

Almaniyanın paytaxtı Berlində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokuna yekun vurulub. 
Olimpnews.az xəbər verir ki, 34 ölkədən 544 (333 oğlan, 211 qız) cudoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Yarışda 7 çəki dərəcəsində 16 oğlan cüdoçu ilə qüvvəsini sınayan komandamız turniri 9 (1 qızıl, 4 gümüş, 4 bürünc) medalla başa vurub. Qızıl medalı millimizin aktivinə -90 kq çəki dərəcəsində çıxış edən Tuncay Şamil qazandırıb. Nihad Məmişov (-60 kq), Məhəmməd Musayev (-66 kq), Abil Yusubov (-73 kq) və Aslan Kotsoyev (-90 kq) gümüş medala layiq görülüb.   Komandamızın aktivinə bürünc medalları isə Nizami İmranov (-66 kq), Mehdi Cəfərov (-73 kq), Süleyman Şükurov (-81 kq) və Ramazan Əhmədov (+100 kq) yazdırıb. Millimiz bu nəticə ilə oğlanlar arasında birinci, ümumi komanda hesabında isə üçüncü yeri tutub.