Milli Olimpiya Komitəsində Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib

Milli Olimpiya Komitəsində Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib

Milli Olimpiya Komitəsində (MOK) 23 İyun – Beynəlxalq Olimpiya Gününə həsr olunmuş OCEP/OVEP təltifetmə mərasimi keçirilib. 

Olimpnews.az xəbər veri ki, mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, Fərid Mansurov, baş katib Azər Əliyev, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Olimpiya çempionları, Atletlər Komissiyasının üzvləri, məktəb direktorları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

MOK-un əməkdaşı Günay Salamova Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) haqqında ümumi məlumat verdikdən sonra Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya gününə həsr olunmuş videoçarxı nümayiş olunub. Ardınca MOK-un 2019-2024-cü illər ərzində gördüyü işlərdən bəhs edən video formatında hesabat iştirakçılara təqdim edilib.

Tədbirin rəsmi hissəsində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirakçıları Olimpiya Günü münasibətilə təbrik edib. 

Çingiz Hüseynzadə Olimpiya Gününün tarixi barədə məlumat verib. MOK vitse-prezidenti bildirib ki, bu gün dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da hər il təntənəli şəkildə qeyd olunur. Onun sözlərinə görə, artıq 30 ilə yaxındır ki, ölkəmizdə bu gün bayram kimi qeyd olunur və bununla bağlı müxtəlif kütləvi tədbirlər, idman yarışları keçirilir.

Çingiz Hüseynzadə sentyabr ayında Olimpiya Günü ilə bağlı kütləvi idman tədbirinin keçiriləcəyini, bu çərçivədə OCEP/OVEP proqramlarının əhəmiyyətini vurğulayıb və dəstəyə görə Elm və Təhsil Nazirliyinə minnətdarlığını bildirib.

Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında Azərbaycan idmançılarının beynəlxalq uğurlarına toxunub. O, idmanın gənclərin tərbiyəsində rolunu xüsusi vurğulayıb, idmanla təhsilin birgə inkişafının vacibliyini qeyd edib. OCEP layihəsi üzrə koordinator Nərmin Kərimova OCEP çərçivəsində keçirilən OVEP proqramı üzrə görülən işlər, təlimlərin nəticələri, gələcək planlara dair təqdimatla çıxış edib. İştirakçıları Olimpiya Dəyərləri Təhsil Proqramının (OVEP) mahiyyəti və məqsədi ilə tanış edib.

Həmçinin tədbirdə bildirilib ki, Azərbaycan müstəqil dövlət olaraq Olimpiya Hərəkatına 1992-ci ildən qoşulub. Dövlətimizin başçısı İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra Azərbaycan Olimpiya Hərəkatında sürətli inkişaf başlayıb. İdmançılarımız 30 il ərzində 8 Yay və 6 Qış Olimpiya Oyunlarında iştirak edib, ümumilikdə 9 qızıl, 16 gümüş və 31 bürünc medal qazanıb.

Sonra Olimpiya Dəyərlərinin Tədrisi Proqramı (OVEP) üzrə təşkil edilmiş təlimlərin yekunu barədə məlumat verilib. Azərbaycanda OVEP-in 2024-cü ildən etibarən silsilə və sistemi şəkildə tətbiq olunmağa başlandığı, statistik təhlillərə əsasən, təlimə qatılan müəllimlər arasında ən çox iştirakçının Binəqədi, Sabunçu, Xətai və Suraxanı rayonlarında qeydə alındığı diqqətə çatdırılıb.

Rəsmi çıxışlardan sonra OVEP və OCEP üzrə fəal iştirak etmiş şəxslərin təltifetmə mərasimi keçirilib. Onlara diplom və qiymətli hədiyyələr təqdim edilib.

Milli Olimpiya Komitəsində Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib Milli Olimpiya Komitəsində Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib Milli Olimpiya Komitəsində Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib Milli Olimpiya Komitəsində Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib Milli Olimpiya Komitəsində Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib Milli Olimpiya Komitəsində Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib Milli Olimpiya Komitəsində Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib Milli Olimpiya Komitəsində Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib Milli Olimpiya Komitəsində Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib Milli Olimpiya Komitəsində Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib Milli Olimpiya Komitəsində Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib Milli Olimpiya Komitəsində Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib Milli Olimpiya Komitəsində Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib Milli Olimpiya Komitəsində Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib Milli Olimpiya Komitəsində Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib Milli Olimpiya Komitəsində Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib Milli Olimpiya Komitəsində Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib Milli Olimpiya Komitəsində Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir keçirilib