Cüdo millimiz Almaniyada beynəlxalq təlim-məşq düşərgəsinə iştirak edib 

Cüdo millimiz Almaniyada beynəlxalq təlim-məşq düşərgəsinə iştirak edib 

Cüdo üzrə gənc oğlanlardan ibarət Azərbaycan milli komandası Almaniyanın paytaxtı Berlində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.

Olimpnews.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan toplanışda cüdoçularımıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir.

Təlim-məşq toplanışı gənclər arasında keçiriləcək Praqa Avropa Kuboku və Avropa çempionatına hazırlıq xarakteri daşıyır.