Sumqayıtda basketbol və güləş yarışları keçirildi

Sumqayıtda basketbol və güləş yarışları keçirildi


Bugünlərdə Sumqayıt Olimpiya İdman Kompleksində kişilər arasında Azərbaycan çempionatının zona yarışı keçirilib. Zona yarışında Sumqayıtın Azərikimya İstehsalat Birliyi, Sumqayıt Dövlət Universiteti və Sumqayit Olimpiya İdman Kompleksinin komandaları ilə yanaşı Bakı, Quba və Abşeron komandaları qalib adı uğrunda mübarizə aparıblar. Yarışın açılış mərasimində Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəsi Musa Həsənov çıxış etdi. M.Həsənov Azərbaycanda idman və Olimpiya Hərəkatının sürətlə inkişafından, ölkəmizdə çoxlu sayda Olimpiya idman komplekslərinin tikilməsindən danışdı və Sumqayıtda idman məktəbinin və Olimpiya Kompleksinin istifadəyə verilməsini xüsusi vurğuladı.
Sonra yarışlara start verildi. 3 gün gərgin idman mübarizəsi şəraitində davam edən yarışda Sumqayıt OİK-in komandası pley-of mərhələsinə vəsiqə qazandı.


Yunan-Roma güləşi
Fevral 6-7-də "Alüminumçu" İdman Evində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 20 illik yubileyinə həsr olunmuş gənc (1994-96) yunan-roma güləşçiləri arasında Sumqayıt şəhər birinciliyi keçirilib.
Birincilikdə Nurəli Babayev (50kq), Azər Nəsibli (55kq), Murad Məmmədov (60kq), Hüseyn Abbasov (66kq), Sahib Quliyev (74kq), İslam Abbasov (84kq), Kamran Bədəlov (96kq) və Qismət Ağayev (l20kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın qalib və mükafatçılarına şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif edilib.