Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən yeniyetmə cüdoçular arasında Avropa birinciliyinin fərdi yarışları başa çatıb.
Olimpnews.az, xəbər verir ki, yarışların son günündə daha üç çəki dərəcəsində üç idmançımız mübarizəyə başlayıb. Lakin hər üç təmsilçilərimiz - Məsumə Məmmədli (-70 kq), Səid Hüseynov (-90 kq) və Tunar Fərzəliyev (+90 kq) mübarizəni erkən dayandırıb.
Beləliklə, millimiz birinciliyi yarışın ilk günündə əldə etdi 3 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayıb. Komandamızın heyətində Anar Quliyev (-50 kq), Rəsul Əlizadə (-55 kq), Zeyd Ələsgərov (-60 kq) qızıl, Nərmin Ağamirzəzadə (-48 kq) gümüş, Gülşən Hüseynova (-44 kq) və Leyla Ələkbərova (-48 kq) bürünc medal qazanıblar.
Bu nəticə ilə millimiz medalların əyarına görə ümumi komanda hesabında ikinci, oğlanlar arasında isə birinci pillədə qərarlaşıb.
Qeyd edək ki iyunun 29-da fərdi yarışların son günündə cüdoçular qarışıq komanda yarışlarında qüvvələrini sınayacaqlar.
Cüdo üzrə oğlanlardan ibarət millimiz Avropa çempionu oldu
