Beynəlxalq turnirdə Azərbaycanın 10 güləşçisi mübarizə aparacaq

Beynəlxalq turnirdə Azərbaycanın 10 güləşçisi mübarizə aparacaq



Fevralın 15-16-da İstanbulda Yaşar Doğunun xatirəsinə həsr olunmuş beynəlxalq güləş turniri keçiriləcək. 42-ci dəfə keçirilən turnirdə sərbəst güləş üzrə Azərbaycan yığma komandası da iştirak edəcək. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında İstanbula 10 güləşçimiz yollanacaq. Heyətdə Yaşar Əliyev (57 kq), Qalib Əliyev, Əhmədnəbi Qvarzatilov (hər ikisi 61 kq), Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov (hər ikisi 65 kq), Emin Əzizov (70 kq), İbrahim Yusifov, Məhəmmədhacı Xatiyev (hər ikisi 86 kq), Xetaq Qazyumov (97 kq) və Aslan Dzebişov (125 kq) yer alıblar. Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edəcək. Turnirin proqramına əsasən, fevralın 15-də 57 kq, 65 kq, 74 kq və 97 kq, fevralın 16-da isə 61 kq, 70 kq, 86 kq və 125 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparacaqlar.