Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açaraq, Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış etmişdir.

Gündəlikdə dayanan məsələ barədə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli 2014-cü ildə Novruz bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi üçün 10 istiqamət, hər istiqamət üzrə 3 mövzunun verilməsini təklif etdi. Təklif olunan mövzular Müşahidə Şurasının üzvləri, qəzet redaksiyaları və jurnalist təşkilatları tərəfindən müəyyənləşdirilmişdir. Mövzularla bağlı təkliflər Müşahidə Şurasının üzvlərinə təqdim edildi.
Təqdim olunan mövzular müzakirə olunduqdan sonra Müşahidə Şurasının üzvləri 10 istiqamət üzrə 30 mövzunu müəyyənləşdirdilər. Müşahidə Şurasının üzvləri qaliblər üçün 1000 AZN, həvəsləndirici yerlər üçün isə 300 AZN məbləğində mükafatların verilməsi barədə qərar qəbul etdilər.