Lənkəran Olimpiya İdman Kompleksində Azərbaycan Karate Federasiyası, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və “Lənkəran” idman klubunun birgə təşkilatçılığı ilə kyokuşin karate üzrə uşaq, yeniyetmə və gənclər arasında Lənkəran-Astara regionunun açıq kuboku keçirilib.
Olimpnews.az xəbər verir ki, turnirin açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca isə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Vətən naminə canından keçən şəhidlərin müharibə meydanında göstərdiyi qəhrəmanlıqdan söz açıb, ölkə rəhbəri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmana göstərdiyi diqqət və qayğıdan danışıblar, idmanda qazanılan nailiyyətlər diqqətə çatdırılıb, daha sonra yarışa qatılan idmançılara uğurlar arzulanıb.
Yarışda ilk üç yeri tutan idmançılar kubok, diplom və medallarla təltif olunublar.
Lənkəranda kyokuşin karate üzrə turnir keçirilib


