İyulun 5–6-da Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa Kuboku turniri keçiriləcək.
Olimpnews.az Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa Kubokunda 32 ölkədən 447 idmançı (280 oğlan, 167 qız) qüvvəsini sınayacaq. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçiriləcək yarışda komandamız 10 çəki dərəcəsində 22 (14 oğlan, 8 qız) idmançı ilə təmsil olunacaq.
Yarışda kişi cüdoçulardan Mirxaliq İskəndərov, Ayxan Mirzəzadə, Nicat Eyvazov (hamısı 60 kq), Mehdi Cəfərov, Səlim Sultanov, Nihad Yəhyayev (hamısı 73 kq), Nahid Tarquliyev, Roman Qarayev, Mehdi Abbasov, Cəsur İbadlı (hamısı 81 kq), Canpolad Əliyev, Əli Qazıməmmədov (hər ikisi 90 kq), Davud Namazlı, Vidadi Əliyev (hər ikisi 100 kq), qadınlardan Aydan Vəliyeva, Xədicə Qədəşova (hər ikisi 52 kq), Fidan Qasımova, Gülnarə Bayramova (hər ikisi 57 kq), Nilgün Rzayeva, Leyla Atayeva (hər ikisi 63 kq), Pərvanə Abdullayeva (70 kq), Nigar Süleymanova (+78 kq) iştirak edəcək.
Turnirin ədalət təmsilçiləri arasında ACF-nin hakimlər heyətinin üzvləri, A kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Arzu Acalova və Akif Tahirov da yer alacaq.