Türkiyəli tennisçi Zeynəb Sönməz "Uimbldon" turnirində tarixi nəticəyə imza atıb.
Olimpnews.az xəbər verir ki, dünya sıralamasında 88-ci olan tennisçi ikinci tur çərçivəsində dünyanın 32 nömrəli raketka ustası çinli Xinyu Vanqı 2:0 hesabı ilə məğlub edib.
Zeynəb bu nəticə ilə 75 il sonra "Böyük Dəbilqə" turnirində üçüncü tura vəsiqə qazanan ilk türk tennisçisi olub.
Qeyd edək ki, İngiltərənin paytaxtı Londonda keçirilən nüfuzlu yarışda Zeynəb Sönməzin növbəti rəqibi rusiyalı Yekaterina Aleksandrova və niderlandlı Suzan Lamens cütünün qalibi olacaq.