Azərbaycanın yeniyetmə və gənc stolüstü tennisçiləri Çexiyanın Ostrava şəhərində təşkil olunacaq Avropa birinciliyində iştirak edəcəklər.
Olimpnews.az Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmizi mötəbər yarışda 6 idmançı - Aylin Əsgərova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə təmsil edəcək. Onlar baş məşqçi Mixail Timofeyev və məşqçilər Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi altında bacarıqlarını göstərəcəklər.
Qeyd edək ki, turnir iyulun 11-20-si aralığında keçiriləcək. Azərbaycan seçməsi bu gün Ostrava şəhərinə yola düşüb.