Gənc atletlərimiz 10 idman növündə 52 idmançı ilə təmsil olunacaq
Avropa Gənclər XVIII Yay Olimpiya Festivalına (EYOF) artıq sayılı günlər qalır.
Olimpnews.az xəbər verir ki, iyulun 20-dən 26-dək keçiriləcək budəfəki yarış ilk dəfə olaraq eyni zamanda iki ölkədə - Şimali Makedoniya və Xorvatiyada təşkil ediləcək. Əvvəlkilərdən fərqli olaraq, bu festival bir neçə yeniliyi ilə yadda qalacaq. Ən mühüm yeniliklərdən biri oyunların iki müxtəlif ölkədə və üç şəhərdə təşkil olunmasıdır. Digər bir yenilik isə proqramda yeni idman növlərinin – stolüstü tennis, atıcılıq və taekvondonun yer almasıdır.
Festival çərçivəsində ümumilikdə 15 idman növü üzrə minlərlə gənc idmançı bacarığını nümayiş etdirmək imkanı qazanacaq. Azərbaycan builki festivalda 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq. Oyunlarda komandamızın missiya rəhbəri Milli Olimpiya Komitəsinin idman idarəsinin baş məsləhətçisi, Beynəlxalq Olimpiya Komitəsinin “Təhlükəsiz İdman” üzrə sertifikatlaşdırılmış inspektoru Vaqif Əliyev olacaq. Komandamız yarışlarda atletika, üzgüçülük, cüdo, taekvondo, stolüstü tennis, atıcılıq, badminton, dağ və şose velosipedi, həmçinin idman gimnastikası növlərində mübarizə aparacaq. Atletika, üzgüçülük, badminton, stolüstü tennis, taekvondo, atıcılıq və cüdo yarışları Şimali Makedoniyanın Skopye şəhərində, dağ velosipedi və şose velosipedi üzrə mübarizə Kumanovo şəhərində keçiriləcək. İdman gimnastları isə Xorvatiyanın Osiek şəhərində bacarıqlarını nümayiş etdirəcəklər.
Festival çərçivəsində ümumilikdə 15 idman növü üzrə minlərlə gənc idmançı bacarığını nümayiş etdirmək imkanı qazanacaq. Azərbaycan builki festivalda 10 idman növündə 54 idmançı ilə təmsil olunacaq. Oyunlarda komandamızın missiya rəhbəri Milli Olimpiya Komitəsinin idman idarəsinin baş məsləhətçisi, Beynəlxalq Olimpiya Komitəsinin “Təhlükəsiz İdman” üzrə sertifikatlaşdırılmış inspektoru Vaqif Əliyev olacaq. Komandamız yarışlarda atletika, üzgüçülük, cüdo, taekvondo, stolüstü tennis, atıcılıq, badminton, dağ və şose velosipedi, həmçinin idman gimnastikası növlərində mübarizə aparacaq. Atletika, üzgüçülük, badminton, stolüstü tennis, taekvondo, atıcılıq və cüdo yarışları Skopye şəhərində, dağ velosipedi və şose velosipedi üzrə mübarizə Kumanova şəhərində keçiriləcək. İdman gimnastları isə Osiek şəhərində bacarıqlarını nümayiş etdirəcəklər.
Qeyd edək ki, bu, Azərbaycan komandasının iştirak edəcəyi sayca 16-cı festival olacaq.
Azər Əlizadə
Ardı var...