Tennis üzrə mövsümün üçüncü “Böyük Dəbilqə” turniri olan Uimbldonda qadınlar arasında fərdi yarışların finalçıları müəyyənləşib.
Olimpnews.az xəbər verir ki, həlledici qarşılaşmada Amanda Anisimova (ABŞ) və İqa Svitek (Polşa) üz-üzə gələcək.
Amanda Ansimova İngiltərənin paytaxtı Londonda keçirilən turnirdə belaruslu Arina Sabalenka ilə qarşılaşıb. 23 yaşlı Amanda rəqibini 2:1 (6:4, 4:6 və 6:4) hesabı ilə məğlub edərək həlledici görüşə vəsiqə əldə edib. Günün digər matçında isə dünya nömrəli raketka ustası İqa Svitek və 35-ci sırada yer alan isveçrəli Belinda Bençiçlə qarşılaşıb. Hər iki seti qələbə ilə başa vura (6:2, 6-0) İqa Svitek yekunda 2:0 hesablı qələbə qazanaraq finala yüksəlib.
Amanda Anisimova və İqa Svitek arasında final qarşılaşması iyulun 12-də təşkil olunacaq.
Uimbldonda qadınların fərdi yarışlarının finalçıları müəyyənləşdi
