"Liverpul"dan inamlı qələbə 

"Liverpul"dan inamlı qələbə 

İngiltərənin "Liverpul" klubu yoxlama oyununda "Preston"la qarşılaşıb. 
Olimonews.az xəbər verir ki, oyun "mersisayd"lıların qələbəsi ilə yekunlaşıb -3:1.  "Liverpul"un heyətində qolları Konor Bradley (33), Darvin Nunez(53) və Kodi Qakpo (88) vurub. "Preston"un yeganə təsəlli qolunun müəllifi isə 73-cü dəqiqədə fərqlənən Lindsay olub. 
"Liverpul" klubunun futbolçuları vurduqları qolu dünyasını dəyişən komanda yoldaşları Diogo Jotaya həsr ediblər.