Bu mövsüm La Liqaya yüksələn "Real Oviedo" klubu 40 yaşlı yarımmüdafiəçisi Santi Kazorla ilə yeni müqavilə imzalayıb.
Olimpnews.az xəbər verir ki, yeni müqaviləyə əsasən əfsanəvi futbolçu daha bir il - 2026-cı ilin yayına qədər La Liqa təmsilçisinin heyətində çıxış edəcək.
Qeyd edək ki, Santi Kazorla klubun ən çətin zamanlarında onlara maddi yardım edib.
O, bu mövsüm pley-off mərhələsi çərçivəsində vacib oyunlarda qollar vuraraq komandasının La Liqaya yüksəlməsində böyük pay sahibi olub.
La Liqanın yeni təmsilçisi əfsanəvi futbolçu ilə müqaviləni uzadır
jpeg-1752416394.jpeg)