"Barselona" klubunun baş məşqçisi Mark-Andre Ter Şteqen artıq əsas heyətin daimi qapıçısı olmayacaq.
Olimpnews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Hans Flik bu barədə almaniyalı qapıçı ilə görüşü zamanı futbolçuya məlumat verib.
O, əsas qapıçının Xuan Qarsia, ikinci qapıçının isə Voytsex Şesni olacağını açıqlayıb.
Ter Şteqen ise komandada qalmaq niyyətindədir və Flikin qərarını dəyişdirmək üçün əsas heyət uğrunda mübarizə aparacaq.