“Atam ümumiyyətlə həyatımda deyil"

“Atam ümumiyyətlə həyatımda deyil"

Futbol üzrə “Washington Spirit” klubunun və ABŞ milli komandasının hücumçusu Triniti Rodman atası Dennis Rodmanı onun həyatında olmadığı üçün tənqid edib. "Bilməyənlər üçün deyim ki, mənim adım Tiffani deyil, Trinitidir. Məni Tiffani kimi tanıyırlar. Bu yaşa qədər ailəm həmişə yanımda olub. Atam ümumiyyətlə həyatımda deyil. Atama görə məni tanımağa, onun adı ilə adımı qoşa çəkməyə ehtiyac duymuram", - deyə Triniti sosial şəbəkə hesabında paylaşım edib.