Firmino "Əl-Sədd" klubunda 

Firmino "Əl-Sədd" klubunda 

Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasında forma geyinən Roberto Firmino karyerasını Qətər çempionatında davam etdirəcək. 
Olimpnews.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, "Liverpul"un sabiq futbolçusu "Qətər"in "Əl-Sədd" klubuna transfer olunacaq. Yaxın günlərdə futbolçu ilə müqavilə bağlanacaq. 
Qeyd edək ki, 33 yaşlı hücumçu ilə Türkiyənin "Fənərbağça" klubu da maraqlanırdı.