"İnter" Çalhanoğluya əvəzedici tapdı 

"İnter" Çalhanoğluya əvəzedici tapdı 

İtaliyanın "İnter" klubu yarımmüdafiəçi Hakan Çalhanoğlunun komandadan ayrılacağı təqdirdə heyətini yeni futbolçu ilə gücləndirəcək. 
Olimpnews.az xəbər verir ki, İtaliya təmsilçisi türkiyəli futbolçunun əvəzinə uzun müddət "Milan"ın maraq dairəsində olan Qranit Cakanı heyətinə cəlb edəcək. 
Leverkusen "Bayer"i futbolçu üçün "İnter"dən 12-15 milyon avro tələb edir. 
Qeyd edək ki, Hakan Çalhanoglugunun Türkiyənin "Qalatasaray" klubuna keçəcəyi gözlənilir.