Britaniyalı idmançı dopinqə görə cəzalanıb

Britaniyalı idmançı dopinqə görə cəzalanıb

Keçmiş britaniyalı tennisçisi Tara Mur antidopinq qaydalarını pozduğuna görə 4 illik diskvalifikasiya alıb.

Olimpnews.az xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) Beynəlxalq Tennis Dürüstlük Təşkilatının (ITIA) apellyasiya şikayətini təmin edib. Təşkilatın press-relizində deyilir: «2022-ci ilin aprelində Murun nümunəsində anabolik steroid boldenon tapıldı. O, 27 may 2022-ci il tarixində çıxışını müvəqqəti dayandırmalı oldu. Yalnız 2023-cü ilin dekabrında müstəqil məhkəmə qadağan olunmuş maddənin mənbəyinin Taranın nümunə götürülməzdən bir neçə gün əvvəl yediyi çirklənmiş ət olduğuna qərar verdi. Bununla da tennisçi bəraət qazandı. Lakin ITIA CAS-a müraciət edərək, Murun dörd il müddətinə yarışlardan uzaqlaşdırılmasını tələb etdi. Nəzərinizə çatdıraq ki, Tara Murun 32 yaşı var».