Ruslar Olimpiya obyektlərinə 7 milyard xərcləyiblər

Ruslar Olimpiya obyektlərinə 7 milyard xərcləyiblər

Soçidə Qış Olimpiya infrastrukturuna daxil olan obyektlərin istifadəsi və yarışların keçirilməsinə çəkilən xərclərin ümumi dəyəri 7 milyard dollar həcmindədir.
Xərclərin miqdarının yüksək olması hökumətin bu obyektlərin gələcəkdə təyinatı ilə bağlı müəyyən bir qərar qəbul etməyib.
Soçi Olimpiadasına hazırlıq mərhələsinin ümumi smetası 1,53 trilyon rubl (44 milyard dollar) olub. Halbuki öncədən xərclərin 314 milyard rubl olacağı deyilirdi.
Olimpiya oyunları üçün yaradılan infrastrukturun gələcəkdəki təyinatı ilə bağlı məsələlər keçən ilin dekabr ayından müzakirəyə çıxarılıb. Rusiyanın baş naziri Dmitri Mevedyev tərəfindən Soçidə Qış idman oyunları zonasının yaradılması təklif olunub. Hakimiyyətin bu təklifə münasibəti haqqında məlumat yoxdur.

Həmçinin digər bir təklifə görə burada, xüsusi iqtisadi zona yaradılması məqsədəuyğundur.