Hindistan yenidən Olimpiya ailəsinə qayıtdı

Hindistan yenidən Olimpiya ailəsinə qayıtdı


Olimpiya oyunlarının keçirildiyi tarixdə ilk dəfə olaraq Olimpiya statusu bərpa edildi. Beynəlxalq Olimpiya Komitəsi (BOK) Hindistana Olimpiya oyunlarında iştirakla bağlı tətbiq edilən qadağanı aradan qaldırıb. Qadağanın ləğvi fevralın 10-da Narayan Ramaçandranın Hindistan Milli Olimpiya Komitəsinə yeni prezident seçilməsindən sonra mümkün olub.
Hindistan yığması Olimpiadada çıxışını öz bayrağı altında davam etdirmək imkanına sahib olacaq. BOK-un kommunikasiyalar üzrə direktoru Mark Adams çərşənbə axşamı KİV-ə açıqlamasında bəyan edib: "Olimpiya oyunlarının keçirildiyi tarixdə ilk dəfə olaraq Olimpiya statusu bərpa edildi və bundan sonra Hindistan öz bayrağı altında çıxış etməkdə davam edəcək”.
Qeyd edək ki, BOK 2012-ci ilin dekabrında Hindistanı ölkə MOK-un rəhbərliyinə korrupsiyada şübhəli bilinən məmurların seçilməsindən sonra Olimpiya oyunlarında iştirakdan müvəqqəti kənarlaşdırmışdı. Hindistan idmançıları Soçi Olimpiadasında milli deyil, Olimpiya bayrağı altında çıxış edirdilər.