Qadınlar arasında şort-trek yarışları başa çatdı

Qadınlar arasında şort-trek yarışları başa çatdı


XXII Soçi Qış Olimpiya Oyunlarında qadınlar arasında şort-trek üzrə 500 metr məsafəyə yürüş yarışlarında qaliblər bəlli olub. "Aysberq” Qış İdman Növləri Sarayında təşkil olunmuş yarışda Çin idmançısı Li Çzyajou 500 metr məsafəni 45,26 saniyəyə qət edərək Olimpiya çempionu adını qazanıb.
Gümüş medala italiyalı Arianna Fontana, bürünc mükafata isə Pak Sın Xi (Koreya Respublikası) sahib olub.