Almanlar Soçidə liderlik edirlər

Almanlar Soçidə liderlik edirlər


Rusiyanın Soçi şəhərində keçirilən XXII Qış Olimpiya Oyunlarında liderliyi Almaniya təmsilçiləri qoruyurlar.
Almaniya ümumilikdə 7 qızıl, 2 gümüş və 1 bürünc medalla I yerdədir. Kanada 4 qızıl, 4 gümüş, 2 bürünclə II, Norveç 4 qızıl, 3 gümüş, 6 bürünclə III, Niderland 4 qızıl, 3 gümüş, 5 bürünclə IV, ABŞ 4 qızıl, 2 gümüş, 6 bürünc medalla V sıradadır. Olimpiadanın ev sahibi Rusiya isə 2 qızıl, 4 gümüş, 4 bürünc medalla VII pillədə qərarlaşıb.
XXII Qış Olimpiya Oyunlarında artıq 24 ölkənin idmançılar medal qazanıblar.
Soçi-2014 Qış Olimpiya Oyunlarına fevralın 23-də yekun vurulacaq.