Skopye-2025: atıcılarımız finala vəsiqə qazana bilmədilər

Skopye-2025: atıcılarımız finala vəsiqə qazana bilmədilər

Bu gün EYOF-2025 çərçivəsində keçirilən güllə atıcılığı yarışlarına start verilib. 
Olimpnews.az xəbər verir ki, yarışların ilk günündə Azərbaycan komandası da mübarizəyə başlayıb. 
Leyli Əliyeva və Oleq Kerjankindən ibarət cütlüyümüz pnevmatik tapançadan 10 m məsafəyə atəşaçma yarışlarında hədəfi nişan alıb. "Partizan" idman zalında keçirilən yarışda cütlüyümüz 379.7 bal toplayıb. Komandamız bu nəticə ilə təsnifatda 16-cı yeri tutaraq final mərhələsinə vəsiqə qazana bilməyib. 
Qeyd edək ki, reqlamentə görə bu mərhələdə ilk 8 yeri tutan komandalar finala vəsiqə əldə edib.

Skopye-2025: atıcılarımız finala vəsiqə qazana bilmədilər Skopye-2025: atıcılarımız finala vəsiqə qazana bilmədilər Skopye-2025: atıcılarımız finala vəsiqə qazana bilmədilər