Skopye-2025: Üzgüçümüz yarım finala vəsiqə qazanıb

Skopye-2025: Üzgüçümüz yarım finala vəsiqə qazanıb

Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən üzgüçülük yarışları davam edir. 
Olimpnews.az xəbər verir ki, bu gün  200 m məsafəyə batterflay üsulu üzrə yarışda ölkəmizi təmsil edən üzgüçümüz Mehri Əbdülrəhmanlı yarım finala vəsiqə qazanıb. O, 18:25 saniyə nəticə ilə yadda qalıb. 
Qeyd edək ki, EYOF-2025-in üzgüçülük yarışları Şimali Makedoniyanın paytaxtı Skopyedə yerləşən “Centar” Olimpiya Üzgüçülük Mərkəzində keçirilir.