Böyük Dəbilqə yarışlarının serbiyalı 24 qat qalibi Novak Cokoviç ATP dünya reytinqinin ilk 10-luğunda 900-cü həftəsini keçirir.
Olimnews.az xəbər verir ki, o, hazırda dünya reytinqində altıncı yerdədir. Cokoviçdən əvvəl yalnız iki tennisçi reytinqin ilk onluğunda 900 həftəyə nail olub. İsveçrəli Roje Federer (968 həftə) və ispaniyalı Rafael Nadal (912) bu uğurları təkrarlayıb.
Qeyd edək ki, serbiyalı tennisçi 900 həftənin 428-ni reytinqin zirvəsində keçirib. Bu isə kişilər arasında tennis rekordu sayılır. Liderlikdə qalmaq üçün ikinci nəticə Federerə məxsusdur - 310 həftə.