Bu gün təmsilçimiz Vlastilina Xasyanova XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində qızların 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışında iştirak edib.
Olimpnews.az xəbər verir ki, o, ilk cəhdində 8 iştirakçı arasında finişə 4-cü çatıb - 2:15:60. Bu məsafədə gürcüstanlı Anastasiya Mikelaşvili bütün rəqiblərini qabaqlayıb - 2:13.62.