Azərbaycan cüdoçusu Nuranə Hacızadə Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Olimpnews.az xəbər verir ki, -48 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda moldovalı Qabriela Hertaya qalib gəlib.
Təmsilçimiz finala vəsiqə uğrunda görüşdə macarıstanlı Viktoriya Kisslə qarşılaşacaq.
Digər cüdoçumuz Aysun Məmmədova (-52 kq) isə 1/4 finalda almaniyalı Hanna Qlaunerə məğlub olub.
Qeyd edək ki, daha əvvəl digər cüdoçumuz Zeyd Ələsgərov (-60 kq) da çexiyalı Matey Spiçkaya qalib gələrək adını yarımfinal mərhələsinə yazdırmışdı.