10 metr məsəfəyə pnevmatik tapanca ilə qızların solo yarışında təsnifatın nəticələri məlum olub.
Olimpnews.az xəbər verir ki, 23 yarışçı arasında ölkəmizi təmsil edən Leyli Əliyeva mərhələ səddini keçə bilməyib. Birinci mərhələni 15 xalla keçən idmançımız ikinci mərhələdə 28 xal toplayıb. Bu nəticə ilə o, təsnifatı altıncı pillədə tamamlayaraq finala vəsiqə qazanmaq şansını itirib.