Xəzər Heydərov: “Ümid edirəm ki, növbəti gündə Azərbaycan idmançıları qızıl medal qazanacaqlar”

Xəzər Heydərov: “Ümid edirəm ki, növbəti gündə Azərbaycan idmançıları qızıl medal qazanacaqlar”

“Bu gün EYOF-2025-də qızıl medal qazandım”.
Bu sözləri Olimpnews.az-a müsahibəsində EYOF-2025-in cüdo yarışlarının qalibi, əslən azərbaycanlı olan ukraynalı idmançı Xəzər Heydərov deyib. 
-60 kq çəki dərəcəsində keçirilən final görüşündə cüdoçumuz Zeyd Ələsgərova qalib gələrək çempion olan idmançı Azərbaycan komandasına növbəti yarış günlərində uğurlar arzulayıb. 
“Finala qədər iki azərbaycanlı idmançı ilə üz-üzə gəldim. Həmyerlilərimizi bu yarışda görmək xoş oldu. Bu gün mən qalib gəldim, amma ümid edirəm ki, növbəti gündə Azərbaycan idmançıları qızıl medal qazanacaqlar. Onlara yarışda uğurlar arzulayıram”