Stolüstü tennisçimiz Şəbnəm Mansurova XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında növbəti görüşünü keçirib.
Olimpnews.az xəbər verir ki, təmsilçimiz festivalın üçüncü oyununda bolqarıstanlı Nina Nikolova ilə qarşılaşıb. Görüş rəqib idmançının 3:0 (11:4, 11:6, 11:9) hesablı qələbəsi ilə yekunlaşıb.